islam inqilabının böyük rəhbəri fransada baş vermiş terror hadisələrinin ardınca qərb gənclərinə xitabən bir məktub ünvanlayıblar. məktubda deyilir:بسم الله الرحمن الرحیمqərb ölkələrindəki bütün gənclərin diqqətinə!fransadakı kor terrorizmin törətdiyi acı hadisələr bir daha məni sizlərlə danışmağa vadar etdi. mənin üçün təəssüfləndirici haldır ki, o hadisələr dialoqun tekstini təşkil edir. , ancaq reallıq budur ki, əgər kədər doğuran məsələlər çıxış yolunu tapmağa şərait yaratmazsa və fikir mübadiləsinə vasitə olmazsa, xəsarət ikiqat olacaqdır. dünyanın hər bir nöqtəsində hər hansı bir insanın ağrısı öz-özlüyündə bəşər övladı üçün kədərləndiricidir. əzizlərinin gözləri önündə can verən uşağın, ailəsinin şadlığı yasa dönən ananın, tələsik halda həyat yoldaşının cansız bədənini bir tərəfə sürüyən kişinin əhvalatını görmək asan deyil və ya bir az sonra həyat tamaşasının son pərdəsinə çevrilə bilən mənzərəyə tamaşa etmək elə bir mənzərə deyil ki, insanın hisslərini oyatmasın və onun duyğularına təsir etməsin. insaniyyətdən və məhəbbətdən xəbəri olan hər bir kəs bu səhnələri görəndə kədərlənir və qəmgin olur, istər fransada baş versin, istərsə də fələstində, iraqda, livanda və suriyada. bir milyard yarım müsəlman qətiyyən bu hissiyyata malikdir. və bu faciələrin amillərinə və baiskarlarına nifrət edir. amma məsələ budur ki, bugünkü əzablar yaxşı və etibarlı gələcəyin təməlini qoymayacaqsa, yalnız acı və səmərəsiz xatirələr səviyyəsinə enəcəkdir. mən inanıram ki, təkcə siz gənclər bugünkü fəlakətlərdən dər alaraq gələcək üçün yeni yollar sala , və qərbi indiki nöqtəyə çatdıran yolsuzluqdan xilas edə bilərsiniz. doğrudur, bu gün terrorizm bizim və sinin ortaq dərdimizdir, amma bilməyiniz gərəkdir ki, son hadisələrdə təcrübə etdiyiniz təhlükə və iztirabın iraq, yəmən, suriya və əfqanıstan xalqlarının ötən illərdə üzləşdikləri əzab-əziyyətlərlə iki əsas fərqi vardır. birincisi islam dünyası daha geniş miqyasda, kütləvi şəkildə və çox uzun müddətdir dəhşətlər və zorakılığın qurbanıdır. ikincisi, təəssüflə bu zorakılıqlar adətən müxtəlif formalarda və effektiv olaraq bəzi böyük güclər tərəfindən himayə olunub. hazırda çox az adam tapmaq olar ki, amerika birləşmiş ştatlarının əl-qaidə, taliban və onların məşum uzantılarını necə yaratması, gücləndirməsi və silahlandırmasından xəbərsiz olsun. bu bilavasitə himayənin kənarında təkfirçi terrorizmin tanınmış və aşkar hamiləri ən geridə qalmış siyasi sistemə malik olduqları halda həmişə qərbin müttəfiqləri sırasında yer tutmuşlar. bu elə bir haldadır ki, regionda əsil demokratiyadan ...

مشاهده متن کامل ...